EN

Türkiyədə keçirilən əməliyyatlar zamanı 20-ə yaxın şəxs saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya Kayseridə keçirilən genişmiqyaslı əməliyyat zamanı E.Ç.-nin rəhbərlik etdiyi mütəşəkkil cinayət qrupuna qarşı ciddi tədbirlər görüldüyünü və 19 şübhəlinin saxlanıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Nazir Yerlikaya sosial media hesabında paylaşım edib.

Paylaşımda qrupun cinayət törətmək, qəsdən yaralama, talama, insanları azadlıqdan məhrum etmə, narkotik maddələrin istehsalı və qanunsuz dövriyyəsi məqsədilə təşkilatlanmaq kimi cinayət əməlləri ilə məşğul olduğu bildirilib. Onlar həmçinin qanunsuz silah saxlama, ictimai asayişi pozma və əmlaka ziyan vurma kimi hallarla da ittiham ediliblər.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən 15 sənədsiz tapança, 2 qanunsuz tüfəng, müxtəlif miqdarda narkotik maddələr, habelə çoxlu sayda çek, veksel və rəqəmsal materiallar ələ keçirilib.

Chosen
8
turkic.world

1Sources