EN

EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,1 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,22 mln. barel azdır.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 2026-cı ildə 105,15 barel səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,77 mln. barel təşkil edib (öncəki proqnoz – 103,3 mln. barel), bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,63 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

Chosen
5
2
apa.az

5Sources