EN

Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

Image

"ABŞ- Ermənistan Strateji tərəfdaşlıq sazişinin təhlükəli nəticələrindən biri Ermənistanın ABŞ liderliyində "AntiİŞİD koalisiyasına" qoyulmasıdır. Yeni və diqqətçəkən hadisədir." Bu barədə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır: 
"Məlumdur ki, İŞİD- lə ABŞ koalisiyasının müharibəsi hələ 2013- 14- cü illərdən əsasən Suriyada başlayıb.Bəs Ermənistan bu müddətdə koalisiyaya niyə qoşulmurdu? İŞİD- ə qarşı mübarizəyə niyə məhz indi qoşulmaq lazım gəldi? Heç təsadüf bir şey yoxdur. Hər şey Ermənistan və dostları tərəfindən düşünülüb.ABŞ 2013- 2017- ci illərdə Suriyada guya İŞİD- lə ( guya demıyimin səbəbi var, ancaq başqa yazının mövzusudur) mübarizə edəndə  ,Ermənistan o zamankı müttəfiqi Rusiya ilə birlikdə olduğunu qabartmaq üçün Suriyada Rusiya silahlı qüvvələrinin sırasında " Sülhyaratma əməliyyatlarında" iştirak edirdi. Oraya bir batalyon da göndərmişdi. Həm Rusiya ilə birlikdə olduğunu göstərirdi, həm Əsəd qardaşının mübarizəsinə dəstək verirdi, həm Suriyada erməni diasporunu "obrobotka" eliyirdi, həm də Qarabağda döyüşmək üçün Suriya və Livandan könüllülər toplayırdı. Axı o zaman hələ Qarabağ onların əlində idi..  
Bəşər Əsədin bədheybət rejimi devriləndən sonra Ermənistanın Suriya taktikası dəyişdi. Elə Rusiya taktikası da dəyişdi. Əvvəlcə Suriyada Rusiyanın hesabına öz mövcudluğunu və iştirakını təmin edirdi. Əsəd devriləndən və Rusiya Suriyadan çıxarılandan sonra Ermənistan bu dəfə Suriyaya ABŞ-ın qoltuğunda getmək yolu tutdu. Bu  da əslində Rusiyaya açıq xəyanətin bir formasıdır. 
Çünki ABŞ- ın İŞİD- lə müvarizəsi hələ Suriya ərazisində xeyli davam edəcək. O vaxta qədər ki, İran rejimi ilə onun ərazisində müharibə başlayacaq. Təsadüfi deyil ki, Ermənistan anti- İŞİD koalisiyasına qoşulmaq qərarını Blinkenin belə bir bəyanatından sonra verdi- İŞİD terroru ilə mübarizə davam etdikcə ABŞ Suriyada qalacaq.
Demək, Ermənistanın anti- İŞİD koalisiyasına qoşulması bir neçə məqsəd güdür:
1.ABŞ- la strateji birliyi möhkəmləndirmək.
2.Suriya kimi geosiyasi əhəmiyyətli bölgədə qalmaq.
3 .Suriyada erməni diasporuna yaxın olmaq.
4 .Suriyada Türkiyə- Azərbaycan tandeminin fəaliyyətinə əks mövqe tutmaq.
5 .ABŞ- ın strateji anti- İran hazırlıqlarında yer almaq.
6 .Fransanın Suriyadakı tarixi maraqlarına gizli lobbiçilik etmək.
7.PKK terroru və kürd separatizmilə daha yaxın təmas imkanlarına sahib olmaq...
8.Özü barədə dünyada artıq yaranmış olan " terrorçu dövlət" imicindən sığortalanmaq..

Görürsünüzmü, hər şey necə də Azərbaycanın və Türkiyənin əleyhinə hesablanıb...."

Mətləb






Chosen
4
1
baki-xeber.com

2Sources