Polşanın “Legiya” klubunun futbolçusu Migel Alfarela karyerasını Azərbaycanda davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Goal.pl” nəşri məlumat yayıb. İddiaya görə, “Qarabağ” 27 yaşlı fransalı hücumçu ilə maraqlanır.
Alfarela ötən yay bir milyon avroya Fransanın “Bastiya” klubundan “Legiya”ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” portalında hücumçunun transfer dəyəri 600 min avrodur.