EN

İlon Mask məhkəməyə verilib

Bakı,TurkicWorld

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), məşhur milyarder İlon Maskı 2022-ci ildə Twitter səhmlərinin alınması ilə bağlı federal qiymətli kağızlar qanunlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

TurkicWorld xəbər verir ki, Mask, Twitter-in (indiki adı "X") səhmlərini 5%-dən çox aldıqdan sonra bunu vaxtında açıqlamamaqla səhmləri aşağı qiymətlərlə almağa davam edib.

Vaşinqtonda qaldırılan iddiada bildirilir ki, İlon Mask 2022-ci ilin mart ayında Twitter-in dövriyyədə olan səhmlərinin 5%-dən çoxunu əldə etdikdən sonra bunu SEC-ə bildirmək üçün qanunla nəzərdə tutulan 10 günlük müddətə əməl etməyib. Nəticədə o, səhmləri ucuz qiymətlərlə almağa davam edərək , minimum 150 milyon dollar əlavə gəlir əldə edib.

Ərizədə vurğulanıb ki, qanunlara əsasən, 5% həddini keçən investorlar SEC-ə on gün ərzində hesabat təqdim etməlidir. Mask bu müddət ərzində tələb olunan bildirişi təqdim etmədiyi üçün digər investorlar qiymətli kağızları real dəyərindən aşağı satıblar və bu, onların maliyyə itkilərinə səbəb olub.

Maskın gecikmiş hesabatını SEC-ə təqdim etdiyi 4 aprel 2022-ci ildə Twitter-in səhmləri bir gündə 27%-dən çox bahalaşıb. SEC iddia edir ki, Maskın bu cür gecikməsi bazarda manipulyasiyaya yol açıb və digər investorların əhəmiyyətli iqtisadi zərərlə üzləşməsinə səbəb olub.

Ərizədə, SEC məhkəmədən Muskdan cərimə ödəməsini və səhm alışlarından əldə etdiyi qanunsuz gəlirləri geri qaytarmağı tələb edib.

Chosen
5
4
turkic.world

7Sources