EN

Rusiya və İran hərbi ittifaq qurur? – Əraqçi açıqladı

İran və Rusiya arasında imzalanacaq strateji tərəfdaşlıq sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur. Sənəd ikitərəfli münasibətlərin bütün aspektlərinə, o cümlədən müdafiə sahəsində yönəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Bu, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edən, iqtisadiyyat və ticarətə xüsusi diqqət ayıran hərtərəfli sazişdir. Saziş təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı da əhatə edir, amma hansısa ordunun yaradılması nəzərdə tutulmur”, - diplomat vurğulayıb.

Əraqçinin sözlərinə görə, saziş üçüncü ölkələrə qarşı yönəlməyib.


Müəllif: Qənirə Süleymanova
Chosen
10
teleqraf.com

1Sources