EN

Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq sənədini hərbi koalisiya üçün sənəd hesab etmirik – İran XİN

Bakı. Trend:

İran və Rusiya arasında imzalanacaq hərtərəfli stratejiəməkdaşlıq sənədini hərbi koalisiya və yaxud xüsusi bir məqsəd üçünsənəd hesab etmirik.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçiyerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sənəd hərtərəfli və əhatəlidir və bütüncəhətləri özündə ehtiva edir. Sənədin iqtisadi cəhəti dahagüclüdür, bütün sahələri, o cümlədən, ticarət, investisiya, sənaye,kənd təsərrüfatı, ticarət və digər sahələrə şamil olur. Əsas məqsədbudur ki, iki ölkənin münasibətlərinin uzunmüddətli perspektivinivə iki ölkənin hərtərəfli əməkdaşlığa daxil olmağa maraqlı olduğunumüəyyənləşdirir.

Araqçi əlavə edib ki, iki ölkənin əməkdaşlığa maraqlı olduğu busənəd çərçivəsində müqavilələr imzalanacaq. Əslində, bu sənəd ikiölkənin əməkdaşlığı üçün bir çərçivədir.

İranlı nazir deyib ki, bu sənəd hər iki ölkədən birinin üçüncüölkə ilə münasibətlərinə heç bir qadağa yaratmayacaq. İranmənafeyini təmin edəcək hər bir ölkə ilə qarşılıqlı hörmət əsasındadanışıqlar aparmağa hazırdır. Digər ölkələrlə qarşılıqlı mənafeprinsip olarsa, İran belə sənədi həmin ölkələrlə də imzalaya bilər.Əlbəttə, İranın bəzi ölkələrlə münasibətləri xüsusi şəraitdədir vəbelə sənədin imzalanmasına hələ çox vaxt lazımdır.

Araqçi əlavə edib ki, hazırkı sənəd üzərində 4 ilə yaxınmüzakirələr aparılıb. Əslində hazırkı sənəd İran hakimiyyətininmilli qərarıdır.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvardaRusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasındahərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.

Chosen
5
2
az.trend.az

3Sources