EN

Beynəlxalq Ədalət Məhkəməsinin sədri İSTEFA VERDİ

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa verib.

 

Apress.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

 

Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.

 

Qeyd edilib ki, Salamın varisi daha sonra Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən seçiləcək. Yeni hakimin səlahiyyət müddəti də 2027-ci ilin fevralında başa çatacaq.

 

Bundan əvvəl Livan Prezidenti Cozef Aun Navaf Salamı respublikanın Baş naziri təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini qazanıb.

Chosen
10
14
apress.az

10Sources