EN

Böyük Britaniyanın Korrupsiyaya Qarşı Mübarizə naziri istefa verib

Böyük Britaniyanın Korrupsiyaya Qarşı Mübarizə naziri istefa verib

İngiltərə Maliyyə Nazirliyində korrupsiya ilə mübarizədən məsul dövlət naziri Tulip Siddiq qohumu, Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vacidlə maliyyə əlaqələrinin araşdırılmasından sonra istefa verib.Siddiq istefa məktubunda bütün iddia edilən maliyyə maraqlarını və ailə münasibətlərini tam şəkildə açıqladığını, lakin vəziyyətin hökumətin işinə xələl gətirmək riski yaratdığını bildirib və istefa qərarını açıqlayıb.Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (ACC) keçmiş baş nazir Hasinaya və onun bəzi ailə üzvlərinə, o cümlədən Siddiqə qarşı torpaq əldə etmək üçün səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə iş açıb.Baş nazir Keir Starmerin nazirlik standartları üzrə müşaviri Laure Magnus tərəfindən aparılan araşdırma, ailə mülkləri ilə əlaqələrə dair iddiaların ortaya çıxmasından sonra Siddiq tərəfindən edilən heç bir pozuntu tapmayıb.Bununla belə, Maqnus Baş nazir Starmerə Siddiqin ailəsi ilə əlaqələrinin reputasiya risklərinin ola biləcəyini tövsiyə edib.Bu məsləhətdən sonra Siddiq istefa qərarını açıqlayıb.Qeyd edək ki, ACC baş direktoru Axtar Hoseyn verdiyi açıqlamada Hasinaya, onun bacısı Rehana və Rehananın 3 övladına qarşı 3 iş qaldırdıqlarını bildirmişdi. Hoseyn iddiaları Hasina ailəsinin torpaq almaq üçün səlahiyyətlərindən sui-istifadə etməsi səbəbi ilə qaldırdıqlarını demişdi.ACC iddia etmişdi ki, Hasinanın baş nazir kimi səlahiyyətlərindən sui-istifadə edib və torpaqların alınmasına qanunsuz yardım edib.Keçmiş baş nazir üçün 2024-cü ilin oktyabrında kütləvi tələbə etirazları zamanı törədildiyi iddia edilən insanlığa qarşı cinayətlərə görə həbs orderi verilib.Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi yanvarın 6-da Hasinanı "ölkə daxilində zorla yoxa çıxma işlərində iştirak etmək"də ittiham edib və haqqında ikinci həbs qərarı çıxarıb.

Chosen
1
afn.az

1Sources