Bu gün Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək.
“İki sahil” xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.
"Şəki" evdə "Gəncə"ni qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" qrupda ikinci, "Şəki" isə üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın 16 xalı var.
Turun son matçı Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt"la "Quba" arasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək.
"Quba" 12 xalla dördüncüdür. 11 xala malik "Sumqayıt" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.