EN

15 ildən sonra Amerikaya qayıdır

Nəhayət, Keylor Navas işsizliyə son qoyacaq. Məşhur futbolçu karyerasını yenidən Amerikada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, o, tezliklə Çiliyə üz tutacaq. Bu məlumatı "Foot Mercato" yayıb. Hazırda azad agent statusu daşıyan 38 yaşlı qapıçı "Boka Xuniors”la danışıqlar aparırdı. Lakin Argentina nəhəngi ilə razılığa gələ bilməyib. Çox keçmədən Navasın "Kolo-Kolo”ya keçməyə yaxın olduğu məlum olub.

Kosta Rika yığmasının sabiq qapıçısının sonuncu klubu PSJ olub. O, 2019-2024-cü illərdə parislilərin heyətində bütün turnirlərdə 115 matça çıxıb və 52 oyunda qapısını toxunulmaz saxlayıb. Keylorun peşəkar karyerasının əvvəlində ölkəsinin "Saprissa" klubunda oynadığını və Amerika qitəsini 2010-cu ildə tərk etdiyini də xatırladaq.

Chosen
10
football-plus.az

1Sources