Ajans.az xəbər verir ki, məhz bu gün müvafiq qadağa qüvvəyə minməlidir.
“TikTok” tətbiqi bazar günü qüvvəyə minməsi gözlənilən qadağaya uyğun olaraq bağlamağa hazırlaşır”, - yazıda deyilir.
Eyni zamanda, “TikTok”un ana şirkəti ByteDance-də "qızıl paya" sahib olan Çin hökuməti hələ də Amerika bazarında qalmağın yollarını axtarır. Beləliklə, Çin səlahiyyətliləri, ABŞ-də işləməyə davam etməyin başqa yolları olmadığı təqdirdə “TikTok”u milyarder İlon Maska satmaq variantını nəzərdən keçirir.