EN

Həbsi ilə bağlı əməliyyat 7 saat davam edib

Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbs edilməsi ilə bağlı əməliyyat 7 saatdan çox davam edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. 

Bildirilib ki, müstəntiqlər Yolun iqamətgahına gedərkən yol boyu bir neçə barrikadanı aşmalı olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları və prezidentin mühafizə xidməti arasında danışıqlar 2 saata qədər davam edib. 

Hazırda hüquq-mühafizə orqanlarının prezidentin dindirilməsini həyata keçirmək üçün 48 saatı var. Bundan sonra, onlar Yolun saxlanılma müddətinin artırılmasına dair daha bir order verilməsi üçün müraciət edəcəklər. 

Yun Sok Yol isə öz növbəsində ifadə verməkdən imtina edir.

Chosen
1
5
operativmm.az

6Sources