EN

İsrail ilə HƏMAS razılaşıblar

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Qətərdə keçirilən danışıqlar zamanı İsrail ilə HƏMAS arasında Qəzza sektoru ilə bağlı prinsipial razılaşma əldə olunub.

Bu barədə "The Times of Israel" nəşri ərəb məmurlarına istinadla məlumat verib.

Qəzet yazır: "Bazar ertəsi günü, axşam saatlarında İsrail ilə HƏMAS arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilib".

Mənbələrin fikrincə, razılaşma barəsində açıqlama çərşənbə və ya cümə axşamı günü veriləcək. Bu, HƏMAS ilə İsrail arasındakı danışıqların vasitəçiləri olan ABŞ, Qətər və Misirin birgə bəyanatı olacaq.

Nümayəndə heyətləri razılaşmanın detallarını müzakirə etmək üçün Dohada işləməyə davam edirlər.

Müzakirəsi gözlənilərn əsas məsələlərdən biri - İsrail ordusunun Qəzzadan çıxarılmasının parametrləridir. Vasitəçilər İsrailin müvafiq xəritəni təqdim etməsini gözləyirlər.

Nəşrin məlumatına görə, yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ Prezidenti Donald Trampın quracağı hökumətin Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiv Vitkoff şənbə günü İsrailin Baş naziri Binyamin Netanyahu ilə gərgin görüş keçirib: "O, razılaşmanın əldə edilməsində zəruri olan məsələlərdə Baş nazirin güzəştə getməsi üçün ona təzyiq göstərib".

Ərəb məmrutlarından birinin "The Times of Israel" nəşrinə dediyinə görə, Vitkoff bir görüş ərzində Netanyahunu son bir il ərzində ümumilikdə Bayden administrasiyasının edə bildiyindən daha çox "irəliləyişə" məcbur edib.  

Hürr Tərcüman

 

Chosen
1
hurriyyet.az

1Sources