EN

Rusiya XİN: Almaniyadan “Şimal Axını” ilə bağlı heç bir siqnal alınmayıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya hökuməti hələ də "Şimal Axını" qaz kəmərinin işlək qolundan qaz tədarükünü bərpa etmək barədə heç bir siqnal göndərməyib. Bu barədə RIA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin rəhbəri Dmitri Biriçevski məlumat verib.

"Hazırda Avropa tərəfdaşlarımızdan, xüsusilə də Almaniya rəhbərliyindən "Şimal Axını" ilə qaz alışını bərpa etməyə hazır olduqları barədə heç bir siqnal almamışıq," - deyə o bildirib.

Biriçevski vurğulayıb ki, "Şimal Axını" vasitəsilə qaz tədarükü Avropa iqtisadiyyatının rifahı üçün əsas amillərdən biri olub. Lakin Avropa bu əməkdaşlıqdan imtina edərək Rusiyaya "strateji məğlubiyyət" yaşatmaq məqsədini üstün tutub.

Qeyd edək ki, Almaniyanın sağçı "Almaniya üçün Alternativ" partiyasından kanslerliyə namizəd Alisa Vaydel növbədənkənar seçkilərdə qalib gəldiyi halda "Şimal Axını" qaz kəmərinin istismarını bərpa edəcəyinə söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources