EN

?Microstrategy? bitkoin alışlarını davam etdirir

Amerikanın proqram təminatı istehsalçısı ?MicroStrategy Inc.? kriptovalyuta ehtiyatlarının yaradılması strategiyası çərçivəsində bitkoin almağa davam edir. 6-12 yanvar həftəsi ərzində şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, orta qiymətə 95,972 dollara 2530 bitkoin alıb. Beləliklə, ?MicroStrategy? kriptovalyuta almaq üçün təxminən 243 milyon dollar məbləğində yeni səhmlərin yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə edib.

Oktyabrın sonundan bəri ?MicroStrategy? bitkoinə təxminən 18,3 milyard dollar xərcləyib. Dekabrın 12-nə olan məlumata görə, şirkət dəyəri 41,34 milyard dollar olan təxminən 450 min bitkoinə sahibdir.

Bazar ertəsi ticarət zamanı şirkətin səhmləri 2,3% bahalaşıb. ?MicroStrategy?nin bazar dəyəri son üç ayda 49%, bitkoin isə eyni dövrdə 47,3% artıb, S&P 500 fond indeksi faktiki olaraq dəyişməz qalıb.

Chosen
3
banker.az

1Sources