“Meta” şirkətinin baş direktoru Mark Zukerberq işçilərə göndərdiyi daxili memorandumda şirkət daxilində aşağı performans göstərən işçilərin işdən çıxarılacağını açıqladı.

İndex.az xəbər verir ki, yazışmalara görə, yeni dövrdə performans idarəetmə meyarları daha da sərtləşdiriləcək və aşağı performans göstərən işçilərlə yollar daha tez ayrılacaq.

Zukerberq şirkətin müəyyən etdiyi standartlara cavab verməyən işçilərin ümumiyyətlə bir il ərzində işdən çıxarıldığını, lakin bu dövrədə daha geniş performans qiymətləndirməsi aparılaraq prosesin sürətləndiriləcəyini bildirib. Şirkət rəhbərlərinə verilən məlumata görə, “Meta” işçilərinin təxminən 5%-i fevralın 10-dan etibarən işdən çıxarılacaq.

“Meta” 2022-2023-cü illər arasında cəmi 21 min işçini işdən çıxardı və son olaraq ötən ilin oktyabrında kütləvi ixtisar dalğası yaşadı. Yeni işdən çıxarılmalarla bağlı təfərrüatlar bu prosesdə performansın qiymətləndirilməsi vasitəsilə formalaşacaq.