EN

Hüseynbala Mirələmov Türkiyədə xəstəxanadadır

Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.

AzPost -un məlumatına görə, bu barədə Modern.az-a onun özü bildirib.

“Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur”,- deyə sabiq deputat ona zəng edən əməkdaşımıza bildirib.

Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, sualımıza cavab verməkdən yayınıb və “nə isə” deməklə kifayətlənib.

Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.

O, üç dəfə – 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.

Chosen
1
35
azpost.info

10Sources