EN

“Carlsberg Azerbaijan”ı 25 min cərimə gözləyir

Ölkənin ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, pivə istehsalçısının İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulmuş maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Carlsberg Azerbaijan” şirkəti ilə bağlı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir. “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsevdir. Biznesin inkişafı şöbəsinin müdiri isə Yaqub Əlizadədir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Chosen
1
tribunainfo.az

1Sources