EN

Gülağa Aslanlı partiyadan istefa verib? Xüsusi bir narazılıq…- Özü açıqladı

Müsavat Partiyasından istefa verməmişəm. Bu yalan məlumatdır, həqiqətlə uyğunluğu yoxdur. Sağlamlığımda da xüsusi bir dəyişiklik yoxdur ki, belə bir qərar verəm.

Bu barədə Teleqraf.com-a açıqlamasında istefa xəbərinə münasibət bildirən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.

“Bu mənə qarşı atılan növbəti iftiradır. Kimlərin belə bir məlumatı nə məqsədlə yaydığını bilmirəm. Kim harada bunu birinci, deyib, haradan yayılıb? Bu da məlum deyil. Haradan yayıla biləcəyini, kim edə bilər? Onu da ehtimal etmirəm”, - deyə o qeyd edib.

Gülağa Aslanlı bildirib ki, kimlərsə gündəmdə qalmaq, ortaya yeni mövzular atmaq üçün ol bilsin bu metoddan istifadə edir: “Bu yalan və boş söhbətdir. Partiyada da tutduğum vəzifələri icra edirəm. Məndən xüsusi bir narazılıq yoxdur”.

Qeyd edək ki, Gülağa Aslanlı 1952-ci ildə Masallıdaanadan olub. O, müxtəlif illərdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri və Mərkəzi Seçki Komissiyasının üzvü kimi çalışıb. 2024-cü ilin mayından isə Müsavat Partiyasının başqan müavini təyin edilib.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
3
teleqraf.com

1Sources