EN

Tbilisidə hökumət əleyhinə növbəti aksiya keçirildi

Yanvarın 14-də axşam saatlarında Tbilisidə hökumət əleyhinə növbəti aksiya keçirilib.   Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, parlamentin yaxınlığındakı mərkəzi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Aktyorlar mitinqə qoşularaq "Vaso Abaşidze" teatrından "Rustaveli adına Tbilisi Dövlət Teatr"-a qədər yürüş ediblər. Yürüş “Teatr və tamaşaçılar tiranlığa qarşı!” şüarı altında baş tutub. Etirazçıların əsas tələbi növbəti dəfə yeni parlament seçkilərinin keçirilməsi və həbsdə olan fəalların azadlığa buraxılması olub.

Aksiya Gürcüstanda 48-ci gündür ki, baş tutub. Etirazlarda iştirak edənlərin sayı açıqlanmır.

Chosen
2
manset.az

1Sources