Hüseynbala Mirələmovun səhhəti pisləşdi - Türkiyəyə aparıldı
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.
aia.az xəbər verir ki, bu barədə Modern.az-a onun özü bildirib.
"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur", - deyə sabiq deputat əlavə edib.
Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.
O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.
aia.az