SOCAR-dan Demokrat.az-a bildirilib ki, nominal dəyəri 1000 (min) dollar olan SOCAR istiqrazları sahiblərinə 6 faiz illik gəlir qazandıracaq.
İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon dollar təşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın 28-dir. “Yaşıl istiqraz”lardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik yaşıl enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və davamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.
Eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.
9Sources
-
demokrat.azSOCAR-ın yeni “yaşıl istiqraz”larına abunə yazılışı başlayıb ( 14798491)
-
az.trend.azSOCAR-ın yeni “yaşıl istiqraz”larına abunə yazılışı başlayıb ( 14798145)
-
azpost.infoSOCAR-ın yeni “yaşıl istiqraz”larına abunə yazılışı başlayıb ( 14798141)
-
azertag.azSOCAR-ın yeni “yaşıl istiqraz”larına abunə yazılışı başlayıb ( 14798095)
-
fed.azSOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başladı ( 14797041)
-
sia.azSOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb ( 14796767)
-
marja.azSOCAR-ın yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başladı ( 14796693)
-
ikisahil.azSOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb ( 14796607)
-
report.azSOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb ( 14796519)