EN

Məşhur otelin pulunu mənimsəyən gəncin sevgilisi ifadə verdi: bahalı hədiyyələr alıb, böyük məbləğdə... - Məhkəmə

“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı İntizam oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Günel Musayevaifadə verib.

Şahid bildirib ki, Dünyamalı Qarayevlə nişanlı olublar: "Asan xidmətdə ərizələri olub. Amma Dünyamalı tutulduğu üçün bu rəsmiləşmədi. Bir birimizə qaraçı münasibətlərimiz normal olub".

Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, oteldə gələn gəliri Dünyamalı Qarayev ona xərcləyib. Dövlət ittihamçısı şahiddən bahalı telefonları haradan aldığını soruşub.

Şahid deyib ki, indi 300 manat əməkhaqqı alan şəxslərdə bahalı telefon işlədir.

Dövlət ittihamçısı diqqətə çatdırıb ki, Dünyamalı Qarayevin əməkhaqqını 700 manat olub. Dövlət ittihamçısı pulları haradan alınması ilə bağlı suallara şahid belə cavab verib: "Dünyamalı evin tək uşağı olub. Valideynləri pul göndərib, o da pulu xərcləyib".

Dövlət ittihamçısı Dünyamalı Qarayevin Günel Musayevaya bahalı hədiyyələr alması barədə soruşub. Şahid isə suallara cavab verə bilməyib.

Daha sonra dövlət ittihamçısı şahidlə təqsirləndirilən şəxs arasında olan SMS-ləri oxuyub. Həmin SMS-lərdən məlum olub ki, Dünyamalı Qarayev şahidə bahalı hədiyyələr alıb, hər ayda böyük məbləğlərdə pullar verib.

Dövlət ittihamçısı 3 min manat pul verməsi barədə soruşub. O da ifadəsində deyib ki, sevgilisidir, veribdir. Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, Dünyamalı Qarayev otelin sahibi yox, xəzinədarı olub. Dövlət ittihamçısı həmçinin deyib ki, Dünyamalı Qarayev sevgilidən çox inkassatora oxşayor. Şahid də cavab olaraq "ola bilər" deyə cavab verib.

Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, lüks həyat yalayıbsiz, bahalı hədiyyələr alıbsiz, oteldən gələn pulların bunların hamısı.

Daha sonra şahid qismində Arif Mehdiyev ifadə verib. O, təqsirləndirilən şəxsi tanıdığını deyib. Şahid qeyd edib ki, oteldə işləyib, Dünyamalı adlı şəxsin oteldə mənimsəməyə yol verdiyini eşidib. Şahid qeyd edib ki, Dünyamalı Qarayevi işlədiyi dövrdə cəmi iki dəfə görüb, onun maliyyə şöbəsində işlədiyini bilib.

Şahid əlavə edib ki, otelin kasabasında çatışmazlığı eşidib. Onun sözlərinə görə, xəzinədarlığdan çatışmazlığın olmasından xəbəri olub.

Hakim gəlməyən şahidlər barəsində tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı deyib ki, onların ifadəsi elan olunsun. Otelin nümayəndəsi bildirib ki, həmin şahidlərin çoxu oteldən çıxıb, hazırda orada işləmirlər.

Təqsirləndirilən şəxs deyib ki, həmin şahidlər istintaq zamanı yalan danışanlar, gəlsinlər, burada da danışsınlar.
Məhkəmə prosesə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Növbəti proses fevralın 12-də davam edəcək.

Qeyd edək ki, “Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

İstintaqla Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə“Badamdar Estates” MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, “Badamdar Estates” MMC-nin qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimovdur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur hotellərin baş meneceridir.


Müəllif: Teleqraf.com
Chosen
3
2
teleqraf.com

3Sources