EN

Ombudsman Qərbi azərbaycanlıların hüquqları ilə bağlı açıq məktub ünvanladı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, ombudsman məktubunda beynəlxalq təşkilatları, xarici ölkələrin ombudsmanlarını və milli insan hüquqları təsisatlarını ikili standartlara yol vermədən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında Azərbaycana münasibətdə qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə dəvət edib.

Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədilə aşağıdakı məsələlərlə bağlı qəti addımlar atmağa çağırıb.

Chosen
5
1
publika.az

2Sources