EN

Brüssel: “İrəvanın müraciətini “diqqətlə” öyrənəcəyik”

AzVision.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə Marta Kos belə bəynatla çıxış edib.

“Biz Aİ-yə üzv olmaq üçün müraciətlə bağlı müsbət hərəkətlər haqqında da eşidirik. Bu, seçimdir və biz bütün müraciətləri çox, çox diqqətlə öyrənməliyik və Ermənistanda da eyni şeyi edəcəyik. Ancaq bu seçim, əgər Ermənistan müraciət etmək qərarına gələrsə, öhdəliklərlə bağlıdır. Əvvəlcədən nə etmək lazım olduğunu və bu barədə məlumat mübadiləsinin vacibliyini yerində görmək üçün, əminəm ki, planlaşdırdığım kimi, ilin birinci yarısında Ermənistana səfər edəcəyəm”,- avrokomissarın bəyanatından “Azadlıq Radiosu” sitat gətirib.

"İrəvan Kremlin səbr kasasını daşırır"- Ermənistan mediası
Xatırladaq ki, ötən həftə Ermənistan hakimiyyəti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini bəyənərək, parlamentin müzakirəsinə göndərib. İrəvanın bu addımı, öz növbəsində, Rusiyada narazılıqla qarşılanıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
1
1
azvision.az

2Sources