EN

Livanın yeni baş naziri elan edilən Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

Livanın yeni prezidenti Cozef Aun Beynəlxalq Ədalət Məhkəməsinin sədri hakim Nəvaf Salamı ölkənin yeni baş naziri elan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) sədri hakim Nevvaf Salam dünəndən etibarən BƏM-dən istefa verdiyini açıqlayıb. Livanda yeni hökuməti formalaşdıracaq Salamın Livana baş nazir namizədi kimi dönəcəyi bildirilib.

Beyrutdakı prezident sarayında prezidentlər Aun, Salam və parlamentin sədri Nəbih Berri arasında yeni kabinetin formalaşdırılması prosesinə rəsmən başlamaq üçün görüşün keçiriləcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
4
editor.az

1Sources