EN

ABŞ-nin Ermənistan - Azərbaycan sərhədinə mühafizə komandası göndərməsi: BÖLGƏMİZDƏ NƏ BAŞLAYIR?

Musavat.com xəbər verir ki, ABŞ Ermənistana “gömrük və sərhəd mühafizəsi komandası” göndərir. Dövlət katibi Entoni Blinken bu addımın məqsədinin Ermənistan sərhədinin təhlükəsizlik potensialını artırmaq olduğunu bildirib. Lakin siyasi təhlilçilər bu qərarın arxasında daha geniş geosiyasi məqsədlərin dayandığını vurğulayırlar.

Siyasi təhlilçi Asif Nərimanlının fikrincə, ABŞ-ın bu addımı bölgədə öz mövqelərini möhkəmləndirmək, eyni zamanda Ermənistanı Azərbaycanla sərhəddə müdafiə etmək məqsədi güdür. O, ABŞ qüvvələrinin Aİ-nin “müşahidə missiyası”ndan kənar yerləşdirilməsini diqqətəlayiq hesab edir və bunun bir neçə mümkün səbəbini göstərir.

Musavat.com Asif Nərimanlının bu mövzu ilə bağlı təhlilini təqdim edir:

- Bu addımın əsas məqsədi Amerika qüvvvələrinin Ermənistanda – Azərbaycanla sərhədə yerləşdirilməsidir. Daha öncə Vaşinqtonun öz qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası”nın tərkibinə daxil edəcəyi gözləntiləri vardı, xüsusilə ittifaq üzvü olmayan Kanadanın missiyaya qoşulmasından sonra. ABŞ-ın qüvvələrini Aİ-dən kənar yerləşdirməsinin birdən çox mümkün səbəbi görünür.

Birincisi, Tramp Administrasiyasının mümkün addımlarından qaynaqlana bilər: Trampın ilk hakimiyyəti dövründə Aİ ilə yaşanan problemlərin təkrarlanması gözləntiləri var, Avropada sağçılarla yaxınlığı, Qrenlandiyaya görə Danimarka ilə mübahisələr də bunu deməyə əsas verir; Vaşinqton-Brüssel xəttində gözlənilən qarşıdurma ABŞ qüvvələrinin Aİ tərkibində Ermənistandakı fəaliyyətinin dayanıqlılığına maneə yarada bilər;

İkincisi, Vaşinqtonun Ermənistana çoxsaylı qüvvə yerləşdirmək planından irəli gəlir: Aİ missiyasının tərkibi məhdud olduğu üçün ABŞ-ın “kvotası” az olacaqdı;

Üçüncüsü, Bakının İrəvana tələbləri fonunda Ermənistanın mövqelərini gücləndirmək məqsədi daşıyır: sülh sazişində razılaşdırılmayan tələblərdən biri üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasıdır, Ermənistan Aİ missiyasının vaxtını uzatmaqla bundan imtina etdi, hərçənd, bölgədə hadisələrin mümkün inkişafında missiyanın çıxarılması, yaxud ən azı sərhəddən uzaqlaşdırılması da baş verə bilər; Bayden Administrasiyası Amerika qüvvələrinin bu ssenari ilə üzləşməməsi üçün Aİ-dən kənar şəkildə yerləşdirir;

Dördüncüsü, ABŞ-ın “gömrük və sərhəd mühafizəsi komandası”nın Aİ missiyasından fərqli olaraq, patrul xidməti göstərməyəcəyi, əvəzində erməni hərbi birləşmələrinin əməliyyatlarının planlaşdırılması və koordinasiya edilməsində iştirak edəcəyi mümkündür;

Beşincisi, Bayden Administrasiyası Rusiyanın Ermənistanda boşalan yerindən daha çox pay əldə etmək və bölgədəki mövqelərini gücləndirmək məqsədilə birbaşa öz qüvvələrini yerləşdirmək gedişi edir;

Trampın sələfinin bu qərarına münasibəti hələki bəlli deyil, lakin Baydenin addımının mövcud vəziyyətdə Bakı-İrəvan sülh danışıqlarını çətinləşdirəcəyi, - üçüncü qüvvələrin sərhəddə olmaması tələbi – bölgədə geosiyasi qarşıdurmanı körükləyəcəyi və sabitliyi təhdid edəcəyi aydın görünür.

Musavat.com

Chosen
6
9
musavat.com

10Sources