EN

Cənubi Koreya polisi prezidenti həbs etmək üçün 1120 zabit göndərib

Cənubi Koreya polisi prezident Yun Sok-Yeol-u öz iqamətgahında həbs etmək üçün ikinci cəhddə təxminən 1120 zabit yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə News1 agentliyi məlumat yayıb.

Həbsi həyata keçirmək üçün yaradılan heyətə 1120 əməkdaş daxildir. Prezidentin tərəfdarları və siyasi əleyhdarlarının mitinqləri ilə əlaqədar daha 3,2 min polis iqamətgahın yaxınlığında asayişi təmin edib.

Yaşayış binasına yalnız yüksək vəzifəli şəxslərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının daxil olduğu bildirilir.
Həbs qərarı yerli vaxtla saat 10:33-də icra edilib.
Dekabr ayında polis və idarənin daxil olduğu birgə istintaq qrupu yaradılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məhkəmədən həbs qərarı alıb.///tass

Chosen
3
ucnoqta.az

1Sources