EN

Türkiyənin terror hücumlarına qarşı özlərini müdafiə etmək üçün tam haqqı var - Ağ Ev

"Türkiyənin Suriya sərhədi boyu qanuni təhlükəsizlik narahatlıqlarını anlayırıq”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib.

“Oradakı Türkiyə vətəndaşları və şəhərləri sərhədi keçən terrorçuların hücumuna məruz qalıb. Türklərin terror hücumlarına qarşı özlərini müdafiə etmək üçün tam haqqı var. Biz bunu anlayırıq və türklərlə aktiv danışıqlarımız var", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Türkiyə Suriya ilə sərhəddə öz təhlükəsizliyini təmin etmək üçün Suriyanın şimalında terrora qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
6
missiya.az

1Sources