EN

Yeni Suraxanı sakinlərinin ictimai NƏQLİYYAT PROBLEMİ davam edir - NARAZILIQ

Yeni Suraxanı qəsəbəsinin sakinləri 104 saylı sərnişin avtobusunun hərəkət intervalından ciddi narazılıq edirlər. Onlar bildirirlər ki, xüsusilə səhər və axşam pik saatlarda avtobuslar arasındakı interval o qədər çoxdur ki, işə və məktəbə vaxtında çatmaq mümkün olmur.

Ekologiya.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.


Bildirilib ki, 104 saylı avtobus Yeni Suraxanı qəsəbəsində 14 İyul küçəsi ilə hərəkət edir.

"Avtobuslar arasında interval o qədər çoxdur ki, günün pik saatlarında avtobusdan istifadə etməyimiz mümkünsüz olur. Səhər saatlarında uşaqlarımız da məktəbə gecikirlər. Gərək səhər saat 7-də evdən çıxaq ki, uşağı vaxtında məktəbə çatdıra bilək. Yağışlı, küləkli havalarda çox əziyyət çəkirik, avtobuslar gəlib çıxmaq bilmirlər, üstəlik avtobus gözləmək üçün dayanacağımız da yoxdur", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.

Chosen
1
2
ekologiya.az

3Sources