EN

Eks baş naziri döydülər

Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya Batumidə hücuma məruz qalıb.

Editor.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. Hücumun “Sheraton” otelində baş verdiyi qeyd edilir. Siyasətçiyə bir neçə naməlum şəxs hücum edib. Zərərçəkmiş beyin silkələnməsi və burun nahiyəsindən xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Lakin Qaxariya klinikanı tərk etmək istədiyini bildirərək tibb müəssisəsində çox qalmayıb.
Gürcüstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hücumun motivləri və şəraiti müəyyənləşdirilir.

//Samir Qurbanov, Editor.az

Chosen
10
editor.az

1Sources