EN

Azərbaycan XİN: ABŞ-da Bəxtiyar Hacıyevə 30 ilə qədər həbs verərdilər...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib.

 

Senzor.az bildirir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

 

Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.

 

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.

 

Chosen
9
49
senzor.az

10Sources