"Şamaxı" qış fasiləsində ikinci sınaq matçını "Sabah"a qarşı keçirdi.
Görüşün ən maraqlı olayı isə 3-cü hissədə yaşandı.
Bölgə klubu 0:2 geridə olduğu oyunda üçüncü qapıçı Abdulla Seydəhmədovu öncə stoper, ardınca forvard kimi sınadı.
Qarşılaşmanın final fitndən sonra Abdullanı axtarmağımız da məhz bu səbəbdən idi.
- Bu gün səni sahə oyunçusu kimi görməyimiz sürpriz oldu. Özün buna hazır idin?
- Oyundan öncə baş məşqçi məndən bu barədə soruşmuşdu. Mən də oynamağa hazır olduğumu demişdim.
- Əvvəldən belə təcrübən var?
- Məşqlərdə oyunçu çatmayanda mən də sahə oyunçularına qoşuluram. Amma bir gün belə qərar olacağını gözləmirdim.
- Oyundan sonra baş məşqçidən hansı reaksiyanı gördün?
- Yəqin ki, sabah söhbət edəcək (gülür).
- Kənardan bizim gördüyümüz qədərilə pis deyildin. Həm də mərkəz müdafiəçisi, həm də hücumçu kimi mübarizələrdən qalib ayrıldın.
- Pis alınmadı. Məşqlərdə oynasam da, belə səviyyədə oyunlarda ilk təcrübəmdir.
- Qapıçı sənətini seçdiyin üçün peşman deyilsən?
- İnsan çox şey fikirləşir. Kaş bu şey olsun dediyimiz anlar olur. Amma peşman olsam da dəyişən nəsə olmayacaq.
XANOĞLAN İMANOV