Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
Bizim.Media xəbər verir ki, xüsusi pul mükafatı yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.
Xüsusi pul mükafatının məbləği 1500 manatdır.
Qeyd edək ki, könüllülər şəxsiyyət vəsiqələri ilə istənilən "Kapital Bank" filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.
Bizim.Media