EN

İdmançımız Paris-2024-də qazandığı medalı geri qaytarır

2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq.

KONKRET.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.

“Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Qaşım Maqomedovun medalında aşınmalar aşkarlanıb. Digər idmançıların da medallarına baxılacaq, problem aşkarlanacağı təqdirdə onlar da geri qaytarılacaq”, – deyə A.Bağırov bildirib.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar. İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Chosen
5
9
konkret.az

10Sources