EN

Tarixin ən təhlükəli pandemiyası: "Rəqs virusu"

Dünya tarixində minlərlə insanın ölümünə səbəb olan pandemiyalar olub. Bizim dövründə rast gəldiyimiz COVID 19 və ondan sonra yaranan viruslar insanlara hansı zərərləri vurub, çoxumuz bunun şahidi olmuşuq. Tarixdə İrlandiyada kartof qripi, Avropada İspan qripi və sairə barədə məlumatlar hələ də qalıb. Vəba isə bütün dünyanın bəlası olaraq uzun illər insanlara ölüm gətirib.

Avropanın tarixində çox qəribə bir virus olub ki, bu hətta pandemiya halına gəlib. İş o yerə çatıb ki, yerli hökumətlərin, kilsənin gücü çatmayıb ki, bunun qarşısını alsın, onlar Cin çıxaran, pis ruhlarla mübarizə aparan və kilsəsinin qəbul etmədiyi cadugərləri belə köməyə çağırıblar.

1384- cü ildə Almaniyada özünü göstərən bu virus çox geniş əraziləri əhatə etmirdi, lakin 1518-ci ildə Fransadan Niderland, Almaniya, İspaniya və digər ölkələrə sürətlə yayılmağa başlanıb.

Bu virusun adı "Rəqs" olub. Rəqs virusu ilk dəfə olaraq özünü Fransanın Strasburq şəhərində göstərib

Strasburq sakini Frau Troffea 1518-ci il iyulun 15-də o, un almaq üçün evindən çıxır və mərkəzi meydandan keçərkən qəfil dayanır. Qadının üzü qaralır və bədəni şişir. Və birdən o dəli kimi küçədə rəqs etməyə başlayır. Ən qəribəsi də budur: qadını özünə qaytarmağa və çılğın rəqsi dayandırmağa çalışan yoldan keçənlər özləri rəqs etməyə başlayıblar.

Bir-iki günə “rəqs virusu" bütün Strasburqu bürüyür. Şəhər əhalisi yorğunluğa və ayaqlarındakı qabarcıqlara baxmayaraq, yıxılana qədər rəqs edirdilər. Rəqsə aludə olanları müalicə etməyə çalışan yerli məmurlar çarəsiz qalırlar, heç bir müalicə kömək etmir.

Nəhayət şəhərdə karantin elan edirlər və rəqqaslardan çoxunu monastırların birinə gətirib, çarpayıya bağlayıb, ağır ayaqqabı geyindiriblər ki, rəqs etməsinlər. Amma bu onlara kömək etmir, rəqs edə bilməyənlər dərhal ölürdülər.

Çıxış yolu kimi insanların rəqs etməsinə icazə veriv, epidemiyanın azalacağına inanan məmurlar şəhər meydanında taxta meydança tikilib, musiqiçilərin gecə-gündüz ifa etməsini tapşırırlar. Şəhərin qalan sakinlərinə xəstələrə yaxınlaşmaq qadağan edilib. Maraqlıdır ki, karantin işə yaradı – üç ay sonra Strasburqdakı rəqs vəbası başladığı kimi qəflətən də bitdi.

Amma bu müvəqqəti sükut idi. Növbəti əsrdə rəqs xəstəliyi bütün Qərbi Avropanı bürüdü. Xəstəliyin yayılmasının qarşısını almaq üçün kilsə işə qarışır. Onları ibadət üçün kilsəyə dəvət edən rahiblər istədiyi nəticəni əldə edə bilmirlər. Qaranlıq və havasız kilsələrdə təsirli insanlar tez-tez halüsinasiyalar və ürək getmələr yaşamağa başladılar. Rəqs edə bilməyən və bu virusa yoluxanlar dərhal ölürdülər. Rəqs edib yorulanlar isə dərin yuxuya gedirdilər və çoxu yuxudan ayılmırdı.

Bunun göbələk, çörək, yaxud hansısa qidadan yaranmasını müasir alimlər iddia etsələr də, Rəqs virusunu yaradan əsl səbəbi heç bir tibb alimi tutarlı izah edə bilməyib indiyə qədər. Ehtimallara görə bunun bir səbəbi kütləvi panik ataklar, bəzilərinin iddiasına görə isə müqəddəs Vitadan aclıq, xəstəlik və səfalətdən xilas olunması üçün ritual rəqsi olub..

Səbəbi nədir hələ də bilinmir, amma tarixdə Rəqs virusu minlərlə insanın ölümünə səbəb olub.

Şəkilin

Zaur Əliyev, dosent

visiontv.az

 

 



Chosen
1
3
visiontv.az

6Sources