"Fast-food" tipli yeməklər gündəlik qida rasionumuzun ayrılmaz hissəsinə çevrilib. Heç kəsə sirr deyil ki, bu qidaların mütəmadi qəbulu sağlamlıq üçün ciddi fəsadlar yarada bilir.
Amerikadan başlayan qeyri-sağlam qidalanma dəhşətli nəticələri ilə bütün bəşəriyyəti sual altında qoyur. Araşdırmalar göstərir ki, "Fast-food" sənayesinin əsas hədəfi uşaq və gənclərdir.
Dəhşətlisi isə odur ki, bütün mənfi nəticələrinə baxmayaraq, insanlar hələ də süni yeməklərlə özlərini zəhərləyirlər.
İnsanlar bu qidaya təkcə ucuzluğuna görə deyil, həm də dadına görə üstünlük verirlər.
Bəs ölkə əhalisi belə qidaların mənfi tərəflərindən xəbərdardırlarmı?
Qida üzrə ekspert Məhsəti Hüseynova Yeniazerbaycan.com-a bildirir ki, "Fasd-food" qidaları bir çox hallarda mənşəyi bilinməyən məhsullardan hazırlanır və doğru qaydada saxlanılmır.
Son aparılan statistikaya görə, bu süni qidalar hər il minlərlə insanın canını almaqda davam edir. İnsanları bu cür qidalardan uzaq tutumaq üçün mütləq şəkildə doğru təbliğat işləri aparılmalıdır.
Havar Şəfiyeva