EN

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

Bakı, 15 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır və bu ölkənin mayeləşdirilmiş təbii qazından (LNG) tədricən imtina etməyi planlaşdırır.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ötən il Aİ-nin Rusiyadan idxal etdiyi LNG-nin həcmində rekord artım qeydə alınsa da (16,3 milyon ton) qərar sanksiyalar paketində əks olunub.

Ukrayna da yanvarın 1-dən öz ərazisindən Rusiya qazının Avropaya tranzit nəqlini dayandırıb.

Qeyd edək ki, Aİ Rusiyadan LNG ilə yanaşı alüminium idxalından da imtina edəcək.

Chosen
1
azertag.az

1Sources