EN

85 yaşlı bələdiyyə sədri yenidən namizəddir: "Hər səhər 4-5 km qaçıram"

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq. Namizədlərdən ən yaşlısı 85 yaşındadır. Cəlilabad rayonundan namizədliyi irəli sürülən Bağış Mustafayev Alar Bələdiyyəsinin sədridir.

Modern.az Bağış Mustafayevlə həmsöhbət olub.O bildirib ki,

Müsahibimiz qeyd edib ki, seçki azaddır, istəyən şəxs iştirak edə bilər:

“Hər kəs namizədliyini verib iştirak edə bilər. Bizdə 24 nəfər namizəd var, onlardan biri də mənəm. Seçicilərin kimə səs verəcəyini onlardan başqa heç kim deyə bilməz. Amma onu deyə bilərəm ki, mən 2 dəfə ilin bələdiyyə sədri seçilmişəm, qızıl medalla təltif edilmişəm. Mənim xalqla işləmək təcrübəm var, insanlar mənə etibar etsə işləməyə davam edəcəm. Mənə səs verməyəcəklərsə də lap yaxşı, kənarda qalıb seçilən sədrə yol göstərəcəyəm”.

B.Mustafayev vurğulayıb ki, 85 yaşım olmağına baxmayaraq gümrahdır, hər səhər heç olmasa 4-5 kilometr qaçır:

“Mən gənc yaşlarımdan təsərrüfat işçisi olmuşam, heç vaxt da sahələrdə avtomobillə gəzməmişəm. 1960-cı ildən əvvəlcə pambıq qəbulu məntəqəsində çalışmağa başlamışam. Daha sonra kənd soveti sədri, sonra da sovxoz direktoru olmuşam. 16 il sovxoz direktoru işləmişəm, bələdiyyə qurumu yaranandan sonra isə bələdiyyələrdə fəaliyyət göstərmişəm. Əgər yenidən mənə etimad göstərilsə yenə də işləməyə hazıram. Seçilsəm, mənə göstərilən etimadı indiyə qədər doğrultduğum kimi yenə də doğruldaram”.

1409924

Chosen
2
modern.az

1Sources