EN

Rumıniya klubunun prezidenti adı "Qarabağ"la hallanan hücumçu haqda: "1,5 milyon avro ödəyən klub onu transfer edə bilər"

Rumıniyanın “Hermannştadt”ın prezidenti Daniel Nikulae “Qarabağ”la adı hallanan Stoyka barəsində danışıb.

Sportal.az "Digi Sport"a istinadən xəbər verir ki, klub rəhbəri praktiki olaraq Rumıniyanın heç bir klubunun forvard üçün lazımı pulu ödəyə bilməyəcəyini düşünür:

"Yanisin böyük potensialı var. Ona böyük maraq var. Hazırda aldığımız təkliflər müzakirə mərhələsindədir. Onlar daha konkret olduqda, biz həmin klublara cavab verə biləcəyik. O, kifayət qədər bahalı oyunçudur və Rumıniyada onu təzminatını ödəyə biləcək komandalar azdır. Düşünürəm ki, Yanisin xarici kluba keçməsi daha yaxşı olardı. 1,5 milyon avro ödəyən klub futbolçumuzu transfer edə bilər".

Stoika bu mövsüm 22 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı hücumçu FKSB, “Dunarea”, “Petrolul”, “Slatina”, “Universitatya Kluj” klublarında oynadıqdan sonra “Hermanştadt”a keçib. Stoykanın hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

saytlarin hazirlanmasi

Chosen
2
sportal.az

1Sources