EN

“Tik Tok”da adına saxta səhifə açdılar, nişanı pozuldu

Şəkilləri saxta səhifədə paylaşılması qadının həyatını alt-üst edib.

Heftelik.az “Xəzər Xəbər”-ə istinadən bildirir ki, adının çəkilməsini istəməyən 33 yaşlı qadının bir neçə vaxt bundan əvvəl özünün xəbəri olmadan naməlum şəxs tərəfindən şəkilləri götürülüb və saxta profil açılaraq Tik-Tok səhifəsində paylaşılıb.

Qadının bildirdiyinə görə hadisə 2024 cü ilin sentyabr ayında baş verib və şantaj xarakterli açılan bu səhifə gəlir əldə etmək üçün yaradılıb. Saxta profildə xanımın foto və videoları paylaşılaraq alt hissədən şəxsiyyəti alçadan sözlər yazılıb. Məhs bu səbəbdən xanımın nişanı pozulub və müdiriyyət tərəfindən işdən çıxarılıb.

Məsələni həll etmək üçün xanım başqa bir saxta profil ilə tanışlıq məqsədilə bu səhifəyə yazıb istifadəçinin kart hesabını almaq istəyib. Çox keçməyib ki, kart hesabı ona göndərilib. Bununla da kimliyi bəlli olan Şahbaz Babayev barədə Nizami Rayon Prokukorluğuna müraciət olunub.

Telefon vasitəsilə əlaqə saxlanılan zaman isə Şahbaz Babayev bu ittihamın yanlış olduğunu və məhkəmədə görüşəcəyini bildirib.

Hüquqşünas Emil Aslanovun qanunvericiliklə həmin şəxsin İnternet informasiya ehtiyatında saxta istifadəçi adı ilə profillərdən istifadə edərək böhtan atma və ya təhqir etmək maddəsi ilə məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bunun nəticəsində 1000 manatdan 2000 manata qədər cərimə və ya 1 ilə qədər azadlıqdan məhrum olma tətbiq oluna bilər.

Müəllif: Türkan_zadə

Chosen
12
heftelik.az

1Sources