Baş nazir Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi elan olunarsa, fransızların demək olar ki, 60%-i ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.
Musavat.com xəbər verir ki, bunu CSA sosioloji xidmətinin CNews telekanalı, Europe 1 radiostansiyası və “Le Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələri göstərir.
Ekspertlər müəyyən ediblər ki, fransızların 58%-i prezidentin postunu tərk etməsini istəyir, respondentlərin 41%-i isə istefanın əleyhinədir. Sorğuda iştirak edən 18-24 yaş arasında olanlar ən çox dövlət başçısının istefasını istəyirlər ki, bu pay 74% təşkil edir. Yaşı 65-dən yuxarı olan fransızlar Makronun getməsinə ən az dəstək verənlərdir, yəni 43%.
Yanvarın 14-də keçirilən sorğuda 1 min nəfər iştirak edib. Nəşr səhv haqqında məlumat vermir.
Musavat.com