EN

Almaniya Ukraynaya 60 milyon avroluq hərbi yardım verəcək

Almaniya Ukraynaya “Iris-T” hava hücumundan müdafiə sistemi üçün öz ehtiyatlarından 60 raket verəcək.

“Report” xəbər verir ki, bu barədə Almaniya mətbuatı Bundesverin məlumatına istinadən xəbər verir.

Ümumilikdə, Ukrayna 60 milyon avro məbləğində hərbi yardım alacaq. Yardım paketinə 600 ədəd HF-1 zərbə PUA-sı, 50 ədəd “Vector” kəşfiyyat PUA-sı (ehtiyat hissələri ilə birlikdə), 20 ədəd zirehli avtomobil, “Leopard 1” tankları üçün 105 mm kalibrli mərmilər, 11 min ədəd 120 mm-lik minaatan mərmi və s. daxildir.

Chosen
6
5
report.az

6Sources