Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı istintaq çərçivəsində Qazaxıstan Rusiya və Azərbaycana beynəlxalq istintaq sifarişləri göndərib.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutuları” Braziliyadan Astanaya gətirilərək, hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasına beynəlxalq istintaq sifarişləri göndərilib",- məlumatda qeyd olunub.