EN

Los-Ancelesdəki yanğının qarşısı alınmır – Ölənlərin sayı artıb, 84 min insan təxliyə olunmağı gözləyir + VİDEO

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində günlərdir davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, indiyədək ərazidən 88 min insan təxliyə edilib.

Milli Meteoroloji Xidmət (NWS) Los-Ancelesdə və ətrafında davam edən güclü Santa Ana küləklərinin yeni yanğınlar riskini artırdığını, sakinləri ayıq-sayıq olmağa və evakuasiyaya hazırlaşmağa çağırıb. Los-Anceles, Ventura və bir çox başqa əyalətlərdə “qırmızı bayraq” xəbərdarlığı edilib.

Los-Anceles dairəsi yanğınsöndürmə idarəsinin və ictimaiyyətin təhlükəsizliyini lazımi səviyyədə qoruya bilmədiyinə görə tənqid atəşinə tutulub. Los Anceles Yanğın Departamenti İttifaqının prezidenti Freddy Escobar “CNN”-ə bildirib ki, onlar illərdir kadr çatışmazlığı barədə xəbərdarlıq ediblər, lakin onların xəbərdarlıqlarına məhəl qoyulmayıb.

“Təəssüf ki, kadr çatışmazlığı səbəbindən kiminsə həyatını itirəcəyini bilirdik”,- Escobar deyib.

Qeyd olunur ki, yaxın günlərdə daha 84 min insanın təxliyəsi gözlənilir.

AzPolitika.info

Chosen
5
2
hurriyyet.az

3Sources