“Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub. Əməliyyatı uğurla icra olunan Nəriman Həsənzadənin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.
Bu barədə Bizim.Media-ya Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Nəriman Həsənzadə xəstəxanaya YERLƏŞDİRİLDİ
O bildirib ki, sevimli şair, 93 yaşlı dramaturq 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib:
“Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib”.
Günay Şahmar, Bizim.Media