EN

Ermənistanda seçki hazırlığı – anons verildi

Ermənistanda bir xeyli müddətdir növbədənkənar parlament seçkilərinin keçiriləcəyi məsələsi müzakirə olunur. Tribunainfo.az xəbər verir ki, bu məsələni ilk gündəmə gətirən yerli müxalifətdir.
Lakin dünən baş nazir Nikol Paşinyanın partiyasından ayrılan deputat Ovik Ağazaryan da analoji mövzunu qabardıb. O deyib ki, hökumət növbədənkənar parlament seçkilərinə hazırlaşır. “Əminəm ki, Ermənistanda növbədənkənar seçkilər olacaq. Bu iyuna kimi baş tutacaq”.
O bildirib ki, seçkilərin sentyabr və ya ondan sonrakı dönəmdə keçirilməsi qanunla mümkün deyil. Bu səbəbdən də hökumətin yayın ortalarını seçəcəyini qeyd edib.

Chosen
4
tribunainfo.az

1Sources