Yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.
Ölkə.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirilb ki, yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Xatırladaq ki, AzÉ™rbaycanın hüquq-mühafizÉ™ orqanları QarabaÄŸda qondarma qurumun “prezidentlÉ™ri” olmuÅŸ Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici iÅŸlÉ™r naziri" David Babayan, elÉ™cÉ™ dÉ™ “parlament sÉ™dri” David Ä°ÅŸxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan vÉ™ keçmiÅŸ “dövlÉ™t naziri” Ruben Vardanyanı hÉ™bs edÉ™rÉ™k Bakıya gÉ™tirib.