EN

Bu ölkədə Marburq virusundan 8 nəfər öldü - ÜST rəhbəri göstəriş verdi

Tanzaniyada Marburq virusundan 8 nəfərin öldüyü təsdiqlənib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
 
Belə ki, Tanzaniyada ölümcül Marburq virusundan 8 nəfərin ölüb, epidemiyanın ölkə və bütün bölgədə də yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

ÜST-nin baş direktoru Tedros Qebreyesus X sosial media platformasındakı paylaşımında yaxın günlərdə virusun arta biləcəyi barədə çağırış edib
 
Qeyd edək ki, Ebola virusu ilə eyni qəbildən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizdir.

Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yaranır.

Simptomlar arasında qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi var.

Mikayıl
Chosen
2
azxeber.com

1Sources